Villa və koteсlər üçün liftlər

Son zamanlar kotec və villa sahibləri öz malikanələrində liftlər quraşdırırlar. Bəziləri üçün bu yüksək zəruriyyət (xüsusilə evdə yaşlı insan və ya əlil varsa), bəziləri üçün sadəcə rahatlıq (məsələn, təsərrüfat ehtiyacları üçün tez bir şəkildə qalxıb enmək), digərləri üçün isə ümumi dizaynın tərzli elementi olması ilə bağlıdır. Bir neçə növ kotec liftləri mövcuddur. Kotec liftləri bir neçə üsulla quraşdırıla bilər: mövcud şaxtada, ya da istehsalçı fabrik tərəfindən hazırlanmış liftə uyğun şaxtanın tərkibində quraşdırıla bilər. Quraşdırılma bitdikdən sonra Siz şaxtanın üzərini bəyəndiyiniz material ilə - şüşə, metal və ya digər bir material ilə üzləyə bilərsiniz. Lift dizyanının seçimindən (məhz onun kabini), kabin formasının seçiminədək heç bir məhdudiyyət yoxdur. Siz daxili işləmələri – ağac, şüşə, paslanmayan polad, güzgü və hətta dəri kimi materiallardan seçə bilərsiniz.